Yaşıl alma (Granny Smith)

Sağlam qida rasionuma daxil olan və ən sevimli yediklərimdən olan Granny Smith(Smit nənənin alması) alması başqa sözlə yaşıl alma ilə tanış olun! 🙂 Turşluğu o qədər ləzzət edirki, bu cümləni yazarkən ağzım sulandı… )))

Bu meyvənin tarixi 1860-cı illərə gedib çıxır. Yazılana görə Smit nənə seleksiya ilə məşğul olurmuş və günlərin birində Fransadan gətirilmiş bir alma ilə yerli Avstraliya almasını nətər calaq edibsə, bu sort əmələ gəlib. Qalın qabıq və sulu eyni zamanda da ləzzətli turşluğu olan bu alma bədənə çox xeyirli və doyumludur. Mən bu almanı kəsmik və şorla qatıb yeyirəm. Möhtəşəm dad əmələ gəlir 🙂

Sağlamlıq və çəki salmaq üçün bu almanı möhtəşəm seçim hesab edirlər. Çox yaxşı antioksidantdır.

Granny Smith almasının qida dəyəri: Çiy, qabıqlı halda 100 qramında:

Energy218 kJ (52 kcal)
Carbohydrates13.81 g
Sugars10.39 g
Dietary fiber2.4 g
Fat0.17 g
Protein0.26 g
VitaminsQuantity%DV
Thiamine (B1)1%0.017 mg
Riboflavin (B2)2%0.026 mg
Niacin (B3)1%0.091 mg
Pantothenic acid (B5)1%0.061 mg
Vitamin B63%0.041 mg
Folate (B9)1%3 μg
Vitamin C6%4.6 mg
MineralsQuantity%DV
Calcium1%6 mg
Iron1%0.12 mg
Magnesium1%5 mg
Phosphorus2%11 mg
Potassium2%107 mg
Zinc0%0.04 mg

Mənbə: https://en.wikipedia.org/wiki/Granny_Smith