Çəki – 116.0 kq – #gün2 – 04.02.20

Oyanma vaxtı: 05:00
Çəki: 116.0 kq 🙂


İntermittent fastingin ikinci günü yaxşı keçdi. Qrafikim 16:8-ə tam əməl edirəm. 740 km avtomobil idarə etmişəm. Çoxlu maye içib, alma və mandarin yemişəm. Günorta yeməyi möhtəşəm bozbaş idi )

Özümü hələ ki, əla hiss edirəm. Sabahın nəticəsi indidən həyəcanlandırır ))

Çəki – 117.3 kq – #gün1 – 03.02.20

Oyanma vaxtı: Bu gün düz saat 06:00-da oyana bildim 😀
Çəki: 117.3 kq.


İntermittent fasting-in ilk günü yaxşı keçdi. Saat 12:00-ə qədər kofe və çay içdim. 12:00-da banan yeyib, günorta 14:00-də qreçka və salat axşama doğru isə alma və heyva yemişəm. Hal-hazırda saat 23:23-dür və mən özümü gümrah və yüngül hiss edirəm. Evə gələndə çəkini ölçdüm maraq xatirinə, tərəzi 116.6 kq göstərdi. Sabah səhərin göstəricisi çox maraqlıdır 🙂 Nəzərinizə çatdırım ki, çəki göstəricisi ancaq səhərlər eyni saatda, yuxudan ayılıb, ayaq yolundan sonra alt paltarında ikən çəkilir.

Çəki – 118.0 – #Mənbacarajam! ;)

Salam! Mənim Arazdır. Mən öz nəfsimə meydan oxuyub 180 günlük challange başlatdım.

Bu 180 gün ərzində şirniyyatdan və unlu qidalardan maksimum dərəcədə uzaq durub, sağlam qidalanıb, idmanla məşğul olacam. Bütün prosesi bu blogumda qeydə alacam. Bunu prosesə tam nəzarət edə bilməm üçün eləcə də mənim kimi artıq çəkidən bezib sağlam olmaq, gümrah olmaq, fit olmaq istəyən yoldaşlar üçün edirəm. Öz bədənimdə aparacağım təcrübəni sizinlə bölüşəcəm. Heç vaxt gec deyil 😉

02.02.2020 tarixində 118 kq ağırlıqdayam 🙂 (Düymələr əllərindən gəldiyi qədər saxlayacaqlarına söz veriblər :D)

118 kq – 02.02.2020