Çəki – 109.1 kq – #gün24 – 26.02.20

Oyanma vaxtı: 06:00
Çəki: 109.1 kq (118-109.1= 8.9 kq / 24 gün) Hədəfə 24.1 kq qaldı… )

Deyəsən 21 və 22 fevral tarixindəki ad günü yeyib içməyi mənə baha başa gəldi. cədvəldən gördüyünüz kimi çəki 109 kq-da ilişib qalıb. Dünən və bu gün tərəzi 109.1 kq-da üzümə dirənir…

Fiziki aktivliyimi artırmalıyam. Gün ərzində badam və 3.2 faiz yağlı süddən hazırlanan kapuçino içirəm. Düşünürəm ki, bunları çıxarıb, test edim görüm nə nəticə hasil olacaq.

Çəki – 108.9 kq – #gün19 – 21.02.20

Oyanma vaxtı: 06:30
Çəki: 108.9 kq (118-108.9 = 9.1 kq / 19 gün) Hədəfə 23.9 kq qaldı… )

Hə… Düşünürəm ki, bu nəticəni fasiləsizliyə(davamlılığa) borcluyam.

  • Yeməyə nəzarət (şəkərsiz!, unsuz! – inan ki, bu qeyd etdiklərim insanın məhvinə səbəb olan şeylərdir. İnsan bunlarsız xoşbəxt yaşaya bilir!) meyvə və tərəvəz ağırlıqlı qidalanıram.
  • Hər gün üzürəm. 19 gündür demək olar ki, fasiləsiz olaraq üzürəm. Fərq eləmir hansı növ fiziki aktivliklə məşğulsunuz. Əsas odur hər gün müəyyən hərəkətləri edib enerji itirəsiniz.

Bəs buna necə nail oluram? Hər şey beyində başlayır əziz dost. Hər şey! və elə beyində də bitir… Bu gün qazandığımız hər şeyi, dünənə qədər etdiklərimizə borcluyuq…

Çəki – 109.8 kq – #gün18 – 20.02.20

Oyanma vaxtı: 06:20
Çəki: 109.8 kq 
 (118-109.8 = 8.2 kq / 18 gün)  Hədəfə 24.8 kq qaldı… )

Nəfsim 18 gündür ki, incik bir şəkildə bir küncə qısılıb… Səsi belə gəlmir. Özümü möhtəşəm hiss edirəm.
18 günə 8.2 kq çəki salmaq indiyədək oxuduğum məqalə və kitablara eləcə də həkimlərin nəzəriyyələrinə ziddir. Sürətlə çəki salarkən bir çox fəsadlar yarana bilir. Bu səbəbdən bədənimə qarşı diqqətli olmağa çalışıram. Özümü gümrah, güclü və enerjili hiss edirəm. İndiyədək hər hansı şəkildə mənfi simptomlar hiss etmədiyimə görə tempimi salmaq fikrində deyiləm. Baş gicəllənmə, halsızlıq, zəiflik, ürəklə bağlı hər hansı narahatçılıq(sürətli çırpınma, təzyiq və s.) hiss etmirəm. Ümid edirəm ki, hiss etmərəm də. Çəkini sağlamlıq üçün normada tutmalı olduğumuzu xatırladıram. Əgər artıq çəki ucbatından sağlamlıqla bağlı əziyyət çəkiriksə, bir də o çəkini salmağa başlayanda başımıza yeni oyunların açılması gərəksizdir.

Yaşıl alma + Nar + Yağsız kəsmik salatı

Bu gün arasform-un 17-ci günüdür. Çəkim 7.9 kq düşüb. Aclıq hissinin başını aldatmaq üçün bu gün yaşıl alma, nar, yağsız kəsmik pomidordan istifadə etdim.

Bu dadı çox bəyənirəm. Ayrı-ayrılıqda heç birini tək şəkildə çox miqdarda və davamlı yemək olmur. Bir müddət sonra insan alışır və bezir. Bu səbəbdən mən bu cür qarışıqlar düzəldib “özümü aldadıram”. Yeni dad əmələ gəlir eləcə də doyumlu salat alınır hansı ki, günün sonunadək mənə aclıq hissini unutdurur.

Bütün inqredientlərin tərkibi və faydası ilə bağlı daha ətraflı məlumatlar paylaşacam. İndilik isə anladığınız kimi bu salat vitaminlə zəngindir və bədənimizə olduqca lazımdır. Nuş olsun! )


Çəki – 110.5 kq – #gün16 – 18.02.20

Oyanma vaxtı: 06:00
Çəki: 110.5 kq 
 (118-110.5 = 7.5 kq / 16 gün)  Hədəfə 25.5 kq qaldı… )

Bəli… 15 gün geridə qaldı. Həvəsim və özümə inamım gündən günə güclənir. Geyindiyim geyimdə fərqi hiss edirəm. Rahat nəfəs alıram. Özümü əla hiss edirəm. Baş gicəllənmə, halsızlıq, baş ağrı filan yoxdur.

Bu gün fərqli salat hazırlayacam :))

Bu cədvəl prosesə tam nəzarət edə bilməyimə çox kömək edir, .

Kəsmikli-alma salatı

İntermittent fastingə başlayandan bu yana qidalanma rejimimə ciddi nəzarət edirəm. Ümumiyyətlə bu 15 gün ərzində heç bir halda tərkibində sənayə üsulu ilə alınmış şəkər və un olan qidalar qəbul etmirəm. Bunu da kimə danışıramsa, gözləri bərəlmiş formada “Bəs yaxşı onda nə yeyəəək?!” sualı verirlər :))))))

Mən də düşündüm ki, o zaman mən yediyim yeməklərin şəklini və reseptini burada bölüşüm ) Tanış olun Bu gün yediyim “Almalı Kəsmik” və ya “Pəhriz kəsmikli alma” sizə necə rahatdısa, elə çağırın onsuz da elə də belə də yeyilmək üçündü və çox dadlıdı )))) Hazırlanması olduqca asandır. Almanı yaxşı yuduqdan sonra, xırda dilimləyirik və kəsmiyi üstünə əlavə edib, qarışdırırıq. Nuş olsun )) Görək sabaha nə alınacaq )))
Qiyməti: 1-1.5 manat. Həcmə görə və kəsmiyə görə doymaq hissi mütləq yaranacaq.

Çəki – 111.1 kq – #gün15 – 17.02.20

Oyanma vaxtı: 06:00
Çəki: 111.1 kq 
 (118-111.1 = 6.9 kq / 15 gün)  Hədəfə 26.1 kq qaldı… )

Son iki gündə idman zalına gedə bilmədim. İçimdə qorxu var idi ki, tərəzidə düşüş görməyim və hətta artış olsun… )) Bu günkü rəqəm çox xoşuma gəldi. 111.1 ))) Zəncir qırılmayıb və çox ciddi surətdə İntermittent Fastingə davam edirəm.
Yeni challange-lər əlavə etməyi düşünürəm buarasformation-a 🙂

Çəki – 111.4 kq – #gün13 – 15.02.20

Oyanma vaxtı: 10:00
Çəki: 111.4 kq 
 (118-111.4 = 6.6 kq / 13 gün) 

Dünən idmana getmədim. Yorğunçuluq idi. Çəkinin artacağını ehtimal edirdim. Əksinə 200 qr daha düşdü. Bu gün ümumi halsızlıq hiss edirəm. Kəsmik, yaşıl alma, nar və banandan ibarət salat düzəldib yemişəm.