Çəki – 112.1 kq – #gün10 – 12.02.20

Oyanma vaxtı: 06:00
Çəki: 112.1 kq 
( 118-112.1 = 5.9 kq / 9 günə. Məncə əla nəticədi 😀 )

Bu gün bu Arasformation-mun düz 10-cu günüdür… 🙂 Ha çalışdım ki, bu gün üçün 111.x görüm tərəzidə olmadı 😀 Amma olsun ) Sabah görəcəyik !!! ))) Çünki mən bacaracam!!!

Hələ ki, sistemli məşqə başlamamışam. Bunun üçün məşq planımı oturub ağıllı-başlı hazırlamalıyam. Ən yaxşı nəticələri və savadlı izahı olan Youtuber məşqçiləri araşdırıb tapıram və onlardan öyrənməyə başlayıram. Zədələnmədən gözəl bədənə və sağlamlığa ən tez qovuşmaq üçün ƏN VACİB faktor DÜZGÜN TEXNİKA ilə məşq etməkdir. Tələsmədən, ağılla… Bəli! Mən bacaracajam!!!

2 thoughts on “Çəki – 112.1 kq – #gün10 – 12.02.20”

  1. Çəki – 112.1 kq – #gün10 – 12.02.20
    Çəki – 112.9 kq – #gün9 – 11.02.20
    Çəki – 112.5 kq – #gün8 – 10.02.20
    Çəki – 113.4 kq – #gün7 – 09.02.20
    Çəki – 114.7 kq – #gün6 – 08.02.20

    Ilk gunlerde kilo 1-1 dusub, sonra qram qram :))) ugurlar.

    1. :)))
      Kilo-kilo düşməyə davam eləsəydi gərək təcili həkimə müraciət edəydim 😀 )) (iraq olsun)

      Əslində getdikcə çəki düşməsi sürəti azalacaq və bu normaldır.
      Çünki
      * bədən istənilən şəraitə uyğunlaşır.
      * Piy yandırmaq elə də asan proses deyil.
      * təhtəl şüuru bədəndə gedən prosesi “məhv olma, acından ölmə” kimi başa düşür və buna qarşı müqavimət göstərməyə çalışır.

      Belə olan halda, mənim tempi saxlamaq üçün daha çox fiziki iş görməyim və davamlı idman etməm gərəkdir. Prosesi düzgün apara bilsəm və metobolizmanı sürətləndirən digər faktorlara da nəzarət edə bilsəm, tempim yaxşı qalacaq deyə düşünürəm.

      Blogumun ilk şərhiçisi olaraq tarixə düşdünüz təbrik edirəm ))) 180 günün sonunda sizə bir hədiyyə fikirləşəm gərək ))) hahaha )))

Leave a Reply

Your email address will not be published. Required fields are marked *